
2019-cu ildə keçiriləcək yeni qəbul qaydaları ilə bağlı dəyişikliklər ictimaiyyətə elan edilib. Lakin qəbul qaydaları rəsmi qaydada təsdiq edilməyib.
Qaydalarla bağlı bəzi məlumatların gecikdirilməsi abituriyent və müəllimlər arasında müxtəlif şayiələrin yayılmasına səbəb olub. Yayılan məlumatlardan biri də qəbul imtahanlarında I və IV fənn bloklarına qəbul Azərbaycan tarixinin əlavə olunmasıyla bağlıdır.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, yayılan məlumatların heç bir əsası yoxdur. Qeyd olunub ki, informasiyalar həqiqəti əks etdirmir və sadəcə dezinformasiyadır.
Xatırladaq ki, qəbul qaydaları rəsmi təsdiqini tapdıqdan sonra “Abituriyent 1” jurnalı, yəni ixtisas blokları üzrə qəbul proqramı yanvarda nəşr olunacaq.