
Təhsil Nazirliyi Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsində 2019-2020-ci tədris ili üzrə “The Alexandros Petersen Scholarship” adlı magistratura təqaüd proqramı elan edib.
Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, təhsil müddəti 1 ildir. Qəbul münaqişə, təhlükəsizlik və inkişaf ixtisası üzrə aparılır. Tədris ingilis dilindədir. Təhsil haqqı və 1 illik yaşayış xərci dövlət tərəfindən qarşılanacaq.
Son müraciət tarixi yanvarın 31-nə kimidir.
Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifələrdə göstərildiyi kimi elektron qaydada həyata keçirilir.
Proqrama göstərilən link vasitəsilə müraciət edə bilərsiniz: https://www.kcl.ac.uk/sspp/departments/warstudies/study/scholarships/alexandros-petersen-scholarship.aspx
Hər hansı sual yaranarsa, aşağıda qeyd olunan şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Rəvan Süleymanov (0125991155 dax. 5231)
Günəş Övsətova (0125991155 dax. 5265)