
Azərbaycan Respublikası Təhsil Nazirliyi gənc tədqiqatçılar üçün İsveç doktorantura təqaüd proqramı elan edib.
AzEdu.az xəbər verir ki,tədqiqat müddəti doktorantura üçün 4 ay, doktorluq sonrası tədqiqat üçün 1-3 aydır. Tələbələrə doktorantura üzrə aylıq 1900 isveç frankı, doktorluq sonrası tədqiqat üçün 2700 isveç frankı təqaüdün verilməsi nəzərdə tutulub.
Namizədlər 28 fevral və 31 iyul 2019-cu il tarixlərinə qədər müraciət edə bilərlər.
Müraciət səhifəsi: www.unifr.ch/international/en/in/bourse
Ətraflı məlumat üçün müvafiq keçiddən istifadə edə bilərsiniz: http://edu.gov.az/upload/file/ELAN/2018/12/kecid.pdf
Qeyd edək ki, proqramda iştirak üçün sənədlərin qəbulu poçt (University of Fribourg, International Relations Office, Avenue de l’ Europe 20, 1700 Fribourg–Switzerland) və elektron poçt vasitəsilə qarşı tərəfdən həyata keçirilir.
Email: [email protected]