
Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Bəs, Azərbaycanda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində 5 il və daha artıq fəaliyyət göstərən rektorlar kimlərdir?
AzEdu.az həmin rektorların siyahısını və vəzifədə olduqları müddəti təqdim edir:
Professor Fərhad Bədəlbəyli - 1991-ci ildən Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilən ADK-nın rektorudur. 27 ildir, bu vəzifəni icra edir.
Professor Gülçöhrə Məmmədova- 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.19 ildir, bu vəzifəni icra edir.
Xalq rəssamı Ömər Eldarov – 2001-ci ildən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib. 17 ildir ki, bu vəzifədə çalışır.
Professor Kamal Abdulla – Hazırda Azərbaycan Dillər Universitetinin rektoru olsa da, 14 il Bakı Slavyan Universitetində bu vəzifəni icra edib.
Akademik Urxan Ələkbərov - 2011-ci ildən Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru vəzifəsinə təyin olunub. 7 ildir, bu vəzifədədir.
General-mayor Nazim Əliyev – 2011-ci ildən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rektorudur. 7 ildir, bu vəzifəni icra edir.
Professor İbrahim Cəfərov - Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. 5 ildir ki, bu vəzifəni icra edir.
Professor Akif Süleymanov - 13 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsinə təyin edilib. 5 ildir ki, bu vəzifədədir.
Professor Saleh Məhərrəmov - 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib. 5ildir ki, bu vəzifəni icra edir.
Xatırladaq ki, dövlət ali təhsil müəssisəsində rektorun 5 il müddətinə təyin edilməsi fərmanı qüvvəyə mindikdən sonra həyata keçirilən təyinatlara şamil olunacaq.