
“Future Timeline” platformasının alimləri gələcəkdə dünyanı gözləyən təhlükələri, "sürprizləri" açıqlayıblar.
AzEDU maraq doğuracaq həmin araşdırmanın nəticələrini təqdim edir:
Dünyada 2060-2100 illəri aralığında tarixin ən böyük xaosu yaşanacaq. Əhalinin kəskin artımı, təbii qaynaqların tükənməsi və kəskin iqlim dəyişikliyinin həyatı cəhənnəmə çevirəcəyi gözlənilir;
İqlim dəyişikliyi səbəbiylə sular altında qalan və ya tamamilə səhraya çevrilən ölkələrdən yaşamaq üçün qaçan milyonlarla insan dünyanın ən böyük qaçqın böhranına səbəb olacaq. Milyonlar isə özlərinə yeni yaşayış yeri axtararkən öləcək. Ekvator yaxınlığındakı bütün ölkələr yox olacaq;
Dünyanın qərbində ABŞ-ın geriləməsi səbəbiylə liderliyi Kanada təslim alacaq. ABŞ və Kanada arasında çəkişmələr artacaq. Çin və Hindistan ekoloji və demoqrafik problemlər səbəbindən geriləyəcək;
Sakit və Hind okeanı üzərindəki adalar tamamilə yox olacaq. Kanada, Rusiya, İslandiya və Skandinaviya ölkələri qlobal isinməyə ən çox məruz qalan ölkələr olacaq;
2022-ci ildə Hindistan Çini qabaqlayaraq, dünyada əhalisi ən çox olan dövlətə çevriləcək;
Dubayda uçan taksilərdən istifadə ediləcək;
2023-cü ildə beyinə yerləşdirilən implantlar unudulmuş xatirələri geri qaytaracaq. Orta Afrikada qorilərin nəsli tükənəcək. Bitcoin ilə ortaya çıxan Blockchain texnologiyası dünya standartına çevriləcək;
2025-ci ildə tv yayımı internet üzərindən həyata keçiriləcək;
2027-ci ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı təmsil edən BRICS ilk dəfə G-7 ölkələrini geridə qoyacaq;
2028-ci ildə İngiltərədə ənənəvi qəzet anlayışı olmayacaq;
2029-cu ildə supermarketlərdə robot satıcılar olacaq;
2030-cu ildə dünyada bir nömrəli xəstəlik depressiya olacaq. Porno sektoru 4 qat böyüyəcək. 2032-ci ildə internet indiki surətindən 100 min dəfə sürətlənəcək;
2033-cü ildə Marsa ilk insan səfər edəcək;
2035-cü ildə Avropa Birliyi dağılacaq. 2036-cı ildə isə altsheymer xəstəliyinin çarəsi tapılacaq;
2040-cı ildə tütün məhsullarından və siqaretdən istifadə olunmayacaq;
2100-cü ildə orta ölüm yaşı 83 olacaq. Yaşam müddətinin uzanması isə dünyada yaşlı insanların sayının artması deməkdir;
Hazırda nüfusu 10 milyondan çox olan megapolislərin sayı 2030-cu ildə 41 milyona çatacaq;
Dünyada günəş enerjisindən istifadə indiki rəqəmlərdən 7,5 dəfə çoxdur. 2100-cü ildə də günəş və külək enerjilərindən istifadə edəcək ölkələrin sayı kəskin sürətdə artacaq;
Qarşıdakı 10 il ərzində satıcılar, mühasiblər və taksi şoferlərini robotlar və kompüterlər əvəzləyəcək.