
Son zamanlarda Türkiyə ali məktəblərinə qəbul medianın gündəmindən kənarda qalmır.
Sosial şəbəkələrdə də bu barədə müxtəlif fikirlər müzakirə olunmaqda davam edir.
Yayılan məlumata görə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunları Türkiyədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə daxil olduqları təqdirdə tamamilə ödənişsiz əsaslarla təhsil ala biləcəklər.
Məsələ ilə bağlı TDV Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu AzEdu.az-a açıqlama verib. Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Belə bir məlumatın heç bir əsası yoxdur. Yayılanlar qətiyyən düzgün deyil. Buna görə də valideynlər bu xəbərlərə aldanmasınlar. Əgər müəyyən güzəşt nəzərdə tutularsa belə, bu, TDV Bakı Türk Liseyinin şagirdlərinə yox, bütün türk liseyi məzunlarına şamil olunacaq”.