Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 16:58:10
Təhsil haqqında qanunu və qaydaları pozan şəxslər məsuliyyət daşıyırlar

Təhsil haqqında qanunu və qaydaları pozan şəxslər məsuliyyət daşıyırlar.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli jurnalistlərə açıqlamasında bildirib.

İdarə rəsmisi qeyd edib ki, universitetlərə, xüsusilə də özəl qurumlara xarici ölkələrdə təhsil almış məzunlar işə qəbul edilərkən onların diplomları Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən tanınmalıdır. Xaricdə təhsil almış məzunlar - həkimlər, müəllimlər və digər ixtisas sahibləri mütləq qaydada imtahandan – müsabiqədən keçməlidirlər. Əks halda, bütün məsuliyyət təhsil haqqında qanunu pozan şəxslərin üzərinə düşür.