Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 16:59:00
Ən yaxşı kampusa malik universitetlər hansılardır?-Reytinq siyahısı

Dünya universitetlərinin kampuslarını müqayisə edən “UI Green Metric World University” araşdırmasının nəticələri məlum olub. 81 ölkədən 719 universitetin təmsil olunduğu araşdırmada universitet kampusunun şəraiti, xüsusilə də yaşıllıq və iqlim normları nəzərə alınıb.

AzEdu.az xəbər verir ki, nəticələrə əsasən, İstanbul Texniki Universitetinin kampusu 67-ci sırada yer alıb.  Azərbaycan universitetlərindən isə heç biri bu reytinqdə təmsil olunmayıb.

İstanbul Texniki Universitetinin rektoru Mehmet Karaca  isə universitetin bu reytinqdə ötən il də təmsil olunduğunu, bu il isə 10 pillə irəlilədiyini bildirib. Onun sözlərinə görə, keçən il reytinq araşdırması daha az, 619 universitet arasında aparılmışdı.

Qeyd edək ki, “UI Green Metric World University” reytinq bazasına ekoloji cəhətdən dünyanın ən yaxşı kampuslarına sahib universitetlər daxil edilib.  Bu reytinq araşdırması İndoneziya Universiteti tərəfindən 2010-cu ildən etibarən  nəşr olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları