Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 13:33:00
Vəkil olmaq istəyənlərin imtahanı başa çatdı - Maksimal bal bəllidir

Dövlət İmtahan  Mərkəzi  Vəkillər  Kollegiyası ilə birgə  2018-ci il dekabrın  23-də  Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

AzEdu.az xəbər verir ki, imtahanı saat 10.00-da başlayıb və 3 saat davam edib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 150 namizəd qeydiyyatdan keçib. 12 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 138 namizəddən 106 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 94 bal olub.