Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 10:00:00
Azərbaycanlı məktəbli ekoloji inqilab yaradacaq kəşfindən danışdı - ANONS

Arif  Qəhrəmanlı  hazırda XI sinif şagirdidir. Bir çox Start up layihələrində iştirak edib, uğur qazanan məktəbli bu işdə onunla bərabər çalışan yaxın dostu İmamverdi Quluzadə ilə birlikdə AzEdu.az-a maraqlı müsahibə verib.

Müsahibədə yeniyetmələr robotexnika, mühəndislik sahəsindəki uğurları və gələcək planlarından danışıb.

Maraqlısı budur ki, onların həm birlikdə, həm də fərdi şəkildə icra etdiyi işlərin gələcəkdə patentləşmə və böyük fayda vermə imkanları çoxdur:

Məsələn, Arif  Qəhrəmanlı  müsahibədə   yol  kənarlarındakı  işıq dirəklərinin içərisinə yerləşdiriləcək xüsusi filtrasiya sistemi vasitəsilə atmosferi zərərli maddələr, zəhərli qazlar və toz hissəciklərindən təmizləməyin mümkün olduğundan danışıb:

“”Sapz” sözünün Azərbaycan dilində tərcüməsi “hava təmizləyən dirək” deməkdir. Bildiyimiz kimi, ekoloji çirklənmə  hazırda XXI əsrin əsas problemlərindən biridir. Hətta, deyərdim, birincisidir.  Belə ki, yolda gedərkən işıq dirəklərinə nəzər yetirsək görərik onlarda yalnız elektrik naqilləri vardır. Bizim layihəmiz bundan ibarətdir ki, biz bu dirəklərə öz hava təmizləmə sistemimizi yerləşdiririk. Nəticədə həm hava təmizlənmiş olur, həm də dirəklərdə yenə işıqlar yanır”.

Qeyd: AzEdu.az tezliklə gənc ixtiraçılarla müsahibəni geniş formatda oxuculara təqdim edəcək

Rəna NƏBİ