Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 15:00:00
AMEA işçi axtarır 

AMEA-nın Elm Tarixi İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, vakant yerlər institutun elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsi üzrə aparıcı elmi işçi, elmi işçi, elmşünaslıq və elmin sosial problemləri şöbəsi üzrə elmi işçi, tarixşünaslıq və mənbəşünaslıq şöbəsi üzrə aparıcı elmi işçi, elmi işçi, təbiət və dəqiq elmlər tarixi şöbəsi üzrə elmi işçi vəzifələrinə bir yerdir.

Müsabiqədə magistrlər, fəlsəfə və elmlər doktoru elmi dərəcəsi, xarici dil və kompüter bilikləri olan şəxslər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.