Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-24 17:09:05
83 nömrəli məktəb-liseyin “Sağlam təhsil” sinfində “Həyat bilgisi” fənninin tədrisi

 

Sağlam təhsil siniflərində pedaqoqlar şagirdlərin sağlamlığı ilə yanaşı dərs prosesinin də maraqlı qurulmasına, interaktiv tədris üsullarından istifadə edilməsinə xüsusi diqqət ayırırlar. Belə dərs nümunələrindən biri də  83 nömrəli məktəb-liseyin 1ç “Sağlam təhsil” sinfində ibtidai sinif müəllimi Aybəniz Həsənova tərəfindən “Həyat bilgisi” fənninin fəsillər bölməsinə aid hazırlanıb.

Şagirdlər ilin bölünməsini, havaların dəyişməsini bədii kompozisiyalarla və  fəsillərin atributlarını əks etdirən oyunlar şəklində təqdim ediblər. Lövhədəki ağac eskizlərini fəsillərə görə bəzəyib və onlardakı dəyişikliklərin səbəbindən danışıblar.  Sonda  indiyədək  dərs müddətində keçdikləri mövzulardan ibarət albom kolleksiyaları  sinif yoldaşları ilə bölüşüblər.