
Dərs zamanı aşağı motivasiyalı şagirdləri daha həvəsli iştirakçıya necə çevirmək olar?
Təhsil mütəxəssisi Daniel Villinqam uşaqların bir-birinə xarakter baxımdan fərqli deyil, daha çox oxşar olduqlarını bildirir.
O, həmçinin, uşaqların dərsə maraqlarını artırmaq üçün bir sıra yollar da təklif edir:
Şagirdlərə bilik-bacarıqlarını göstərmək imkanı yaradın
Dərsə maraqsız yanaşan şagirdlərə yeni imkanların, seçimlərin yaradılmasında yardımçı olmaq lazımdır. Məsələn, onlara başqa şagirdlərdən fərqli olaraq, test işlətmək əvəzinə, öyrəndiklərini göstərmək üçün şəkilli jurnallar hazırlatmaq olar. Hətta onlara sinif yoldaşları üçün testlər tərtib etdirə bilərsiniz.
“Üç qayda”dan istifadə...
Aşağı motivasiyalı şagirdlərə öyrənmək üçün fürsətlər yaradarkən, vacib 3 qaydanı yadda saxlamaq lazımdır: hazırlıq, alışma, tətbiq. Vaxt məhdudiyyətinə görə əsasən, bu 3 qaydadan yalnız birinə, hazırlığa əməl etmək olur.
Amma kifayət qədər alışma və tətbiq olmadıqda, şagirdlər öyrənməkdə passiv qalırlar. Lazımi alışdırmalar digər bilikləri əlaqələndirməyə kömək edir.
Tətbiqetmə zamanında da şagirdlərə nəzarət etməliyik. Onlara öyrəndikləri bilikləri, başqa problemləri həll etmək üçün də istifadə edəcəkləri bir xəzinə olduğunu bildirməliyik.
Nəyisə əlçatan, mümkün edin!
Bu cür şagirdlərin çalışaraq əldə edəcəkləri hədəf müəyyən edilməlidir. Məsələn, Riyaziyyat dərsində müəllim belə deyə bilər: “Bugünkü dərsimiz, müxtəsər vurma düsturlarıdır. Əgər düzgün hesablama etsəniz, sizi məqsədə çatmış hesab edəcəyəm. İndi yoxlayaq görək, kimlər məqsədə nail ola bilib?
Başa bir nümunə verək. İspan dili dərsinin ən çətin mövzulardan biri, isimlərin cinsiyyətidir. İngilis dilindən fərqli olaraq, ispancada hər ismin cinsiyyəti var. Uşaqlara məqsəd olaraq hansı sözün kişi, hansının qadın cinsində olduğunu seçməyi verə bilərik.
Özünü ifadə etməyə şərait yaradın
Şagirdlər niyə şəkil çəkməyə, hər hansı bir alətdə ifa etməyə, mahnı oxumağa daha həvəslidirlər? Çünki onlar bu sahədə öz qabiliyyətlərini nümayiş etdirirlər. Bəs, dil, riyaziyyat kimi fənlərdə niyə bunu edə bilməsinlər?
Onlar özlərini sübut etmək üçün fürsət axtarırlar. Hərdən sinfə valideynləri dəvət edə bilərik. Beləcə, şagirdlər öz qabiliyyətlərini yaşıdlarına, müəllimlərinə və ailələrinə nümayiş etdirmə imkanı əldə edərlər.
Rəna Nəbi