Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 14:15:00
Universitet tələbələrini aparan avtobus aşdı - 7 ölü, 28 yaralı

Bu gün saat 12:00 radələrində Tehranın Elmlər və Araşdırmalar Universitetinin tələbələrini aparan avtobus aşıb.

AzEdu.az Trend-ə istinadən məlumat verir ki, qəza nəticəsində 7 nəfərin öldüyü, daha 28 nəfərin yaralandığı bildirilir.

Hadisə ilə bağlı İran KİV-ə açıqlama verən Tehran Təcili Yardım Mərkəzinin rəisi Peyman Sabirian bildirib ki, hadisə yerinə 10-a yaxın təcili yardım maşını cəlb olunub.

Onun sözlərinə görə, hadisə Tehranın Simon Bolivar prospektində baş verib.