
26 Noyabrda UNEC-də İctimai Nəzarət Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
AzEdu.az xəbər verir ki, Rektor Ədalət Muradovun əmri ilə təsdiq olunmuş İctimai Nəzarət Şurasında Millət vəkili Hikmət Babaoğlu, “Konstitusiya araşdırmalar fondunun” prezidenti Əliməmməd Nuriyev, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Osman Gündüz, XXI Əsr təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev, təhsil eksperti Məlahət Mürşüdlü. 525-ci qəzetin müxbiri Sevinc Qarayeva, “Trend” İnformasiya Agentliyinin nümayəndəsi Arzu Nağıyev, “Modern.az “saytınının baş redaktoru Elşad Eyvazlı, təhsil eksperti Kamran Əsədov iştirak ediblər.
İclasda Şura üzvləri yekdilliklə təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin İctimai Nəzarət Şurasının Koordinatoru seçilməsinə tərəfdar olublar. Olduqca maraqlı və faydalı keçən görüşdə, ali təhsilin qarşısında duran bir sıra problemlər müzakirə olunub.
UNEC-də keçirilən ilk iclasda maraqlı təkliflər içərisində ali məktəblərdə fəaliyyət göstərən “İctimai Nəzarət Şuralarının” birgə konfransının və Distant Təhsillə bağlı konfransın keçirilməsi xüsusilə diqqət cəlb edib.