Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 20:22:00
Universitetdə Elmi Şura toplandı

Bu gün Bakı Slavyan Universitetinin (BSU) elmi şurasının iclası keçirilib. BSU-dan AzEdu.az-a verilən məlumata görə, iclasda bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

BSU-da 2018-ci ildə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurlardan danışan professor Nurlana Əliyeva bir qrup əməkdaşın Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif mükafatlara layiq görüldüyünü söyləyib.

 

İclasda qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.

 

Sonra ilin yekunlarına görə universitetin fəal əməkdaşlarına diplom və hədiyyələr təqdim edilib.