
Dövlət qulluğuna qəbul olmaq üçün inzibati icraçı vəzifələr (B növü) üzrə dekabrın 23-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçən (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1706 namizəddən 461 nəfər (27%) uğur əldə edib. DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1706 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq ( 564 nəfər – 33,1%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun məzunlarının payına düşür – 173 nəfər (10.1%).
Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisasları qrupuna aid imtahanda iştirak edən namizədlərin sayının (22 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1706 nəfər) nisbətdə təxminən 1.3% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.
İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1706 nəfər) üzrə ali təhsil ixtisası hüquqşünaslıq olan namizədlər çoxluq (120 nəfər - 7%), ali təhsil ixtisası dizayn olan namizədlər isə azlıq (6 – 0.04%) təşkil edir.