Yeni təhsil proqramları əsasında markerlərin hazırlanması ilə bağlı 17 oktyabr – 28 dekabr tarixlərdə Azərbaycan dili, rus dili, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, ingilis dili və tarix fənlərindən keçirilən hazırlıq kursları fəaliyyətini başa çatdırıb.
AzEdu.az xəbər verir ki, hazırlıq kurslarında müvafiq fənn kurikulumu və imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar dinlənilib, kurs iştirakçılarının hazırladığı ev tapşırıqları müzakirəyə təqdim edilib. Sonda kurs iştirakçıları kalibrləmə prosesində iştirak ediblər.
Bu müddət ərzində Xaçmaz, Biləsuvar, Gəncə, Göyçay və Şirvan şəhərlərində də hazırlıq kursları təşkil edilib. Bakı şəhərində keçirilən kurslarda 287 nəfər, regionlarda 150 nəfərə yaxın müdavim iştirak edib. Yanvar ayında müdavimlərə sertifikatlar təqdim ediləcək.

2018-12-29 09:32:00
Müəllimlərin nəzərinə! - Hazırlıq kursları başa çatdı
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00