
2018-12-30 14:30:00
"Universitetlər daha asan imtahanlarla baş aldadır, qrantlar və təqaüdlərlə baş qatır...”
AzEdu.az xəbər verir ki, Qazaxstan prezidenti Nursultan Nazarbayev 27 dekabrda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə hər il keçirilən ənənəvi görüş zamanı təhsil üçün xaricə üz tutan gənclərin sayını azaltmaq üçün hansı tədbirlər görülməli olduğunu bildirib.
“Belə bir problem olub və var, amma keçən ildən başlayaraq, bu cür miqrasiyanın kəskin azalması gedir, ona görə ki, biz buna diqqət yetirdik. Tədris müəssisələri daha asan imtahanlarla baş aldadır, qrantlar və təqaüdlərlə baş qatır və gənclər də çıxıb gedir”.
Nazarbayevin sözlərinə görə, ölkədə universitetlərin səviyyəsini artırmaq, ölkənin regionlarından gələn tələbələrin ali məktəbə daxil olmasını asanlaşdırmaq lazımdır.
“Bizim universitetlərin səviyyəsini artırmaq lazımdır ki, onlara müvafiq təhsil, qrantlar versinlər, regiondan olan gənclərimiz universitetlərə qəbul ola bilsinlər. Mən fikirləşirəm ki, biz bu axının qarşısını ala bilərik və elə edə bilərik ki, bizə oxumağa gələrlər, daha çox insan bizdə müalicə alar. Biz nə qədər səhiyyəmizi, təhsilimizi inkişaf etdirsək, daha çox insanlar bizdə yaşamaq və işləmək istəyəcək” – ölkə prezidenti buna inanır. (Moderator.az)
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39