
2019-01-06 13:22:00
“Atamın jurnalistikaya aid dərs vəsaitlərini oxuculara təqdim edəcəyik” – Famil Mehdinin oğlu
Nə qədər ki insan xatırlanır, deməli, o, cismən olmasa da, ruhən yaşayır. Atamı xatirəsi daim anılan insanlar arasında hesab edirəm.
Bu gün də onun çoxsaylı tələbələri, keçmiş iş yoldaşları, həmkarları sosial şəbəkələrdə Famil Mehdi haqqında ürək sözlərni yazır, xoş fikirlərini bildirirlər. Bütün bunlar adamı xoşhal edən məsələlərdir”.
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında çağdaş Azərbaycan şeirində publisistik xətt yaradan şair, professor Famil Mehdinin oğlu Şamil Mehdi deyib.
O, atasının zəngin yaradıcılığının təbliği istiqamətində gördükləri işlərdən də danışıb:
“Atam özü vaxtilə arxivini səliqə ilə sistemləşdirmişdi. Amma bu çox böyük arxiv idi. Ölümündən sonra biz də çalışdıq ki, həmin arxivdən bəhrələnək. Müəyyən materiallar kitab şəklində çap olundu. Özünün yazdığı avtobioqrafiyası roman altında işıq üzü gördü. Müxtlif seçmə şeirləri var idi ki, onlar həm ingilis, həm də rus variantları ilə nəşr edildi.
Atamın arxivində bir xeyli dəyərli sənədlər, fotoşəkillər də var. Ədəbiyyat və İncəsənət Arxivindən Maarif müəllimin təklifi ilə atamın adına fond açıldı və həmin materiallar orada saxlanılır.
Bəzi sənədlər var ki, onlar hələ evdədir. Biz tezliklə onları da həmin fonda təqdim edəcəyik. Qeyd edim ki, atama aid fond açıqdır, istənilən adam arxivə gedib, orada həmin materiallarla tanış ola bilər.
Eyni zamanda, müəyyən əlyazmalar da var ki, onlar dərs vəsaitləridir. “Azərbaycan jurnalistika antologiyası” da onların arasındadır. Həm dərs vəsaitləri, həm də çap olunmamış şeirlərin işıq üzü görməsi əsas planlarımızdır. Çox güman ki, onlar ənənəvi kağız versiyada yox, elektron formada oxuculara təqdim ediləcək.
Ammma reallıq odur ki, Famil Mehdi bu gün də xatırlanır. Mən ailəmiz adından atamın keçmiş iş yoldaşlarına, həmkarlarına, tələbələrinə, bütün yaxınlara təşəkkürümü bildirirəm və yuxarıdakı sözləri bir daha təkrar edirəm: Nə qədər ki insan xatırlanır, deməli, o, cismən olmasa da ruhən yaşayır”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53