Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-18 09:13:51
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.


AzEdu.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.


İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.