
2019-01-13 15:48:00
Məhəmməd Füzulinin yubileyinə həsr olunan tədbirdə alimlər də iştirak ediblər
Bu günlərdə Bakı şəhəri Hövsan qəsəbəsi Mirzəağa Əliyev adına Mədəniyyət Evində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 525 illiyinə həsr edilmiş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə ölkəmizin tanınmış mədəniyyət, ictimai xadimləri ilə yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri: elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə, aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Əkrəm Bağırov, böyük elmi işçilər fil.ü.f.d. Tünzalə Seyfullayeva, fil.ü.f.d. Aytən Quliyeva, Sonaxanım Hadiyeva, elmi işçilər Mircəfər Seyidov və Xoşqədəm Rzayeva iştirak ediblər.
Ədəbi məclisdə digər füzulişünas alimlərlə yanaşı, dosent Əzizağa Nəcəfzadə “Füzuli yaradıcılığı Azərbaycan ədəbiyyatın intellektual poeziyanın zirvəsi kimi”, dosent Əkrəm Bağırov “Orta əsr təzkirələrində Füzuli”, böyük elmi işçi Sonaxanım Hadiyeva “Füzuliyə yazılan təxmislər”, elmi işçi Mircəfər Seyidov “Müasir Azərbaycan nəsrində Füzuli təsiri” mövzularında məruzələr ediblər. Məruzəçilər şairin poetik irsinin özəlliklərindən, əsərlərindəki obraz palitrasından, qəzəl, qəsidə, müxəmməs və poemalarında sənətkarlıq məsələlərindən ətraflı söhbət açıblar.
Xatirə gecəsi muğam ustalarının ifasında səslənən Füzuli poeziyası nümunələrdən ibarət konsertlə davam edib.
(moderator.az)
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53