
2019-02-02 16:16:00
Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması çapdan çıxdı
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib.
AzEdu.az xəbər verir ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Kitaba M.Füzuli adına Əlyazmalar İnstitunun direktoru, akademik Teymur Kərimli “Ərəb paltarlı türkün talesizliyi” adlı tutarlı önsöz yazmış və şairin soy-kökü məsələsinə bir daha aydınlıq gətirmişdir. Qum versiyasını və “rəiseyi-qord” birləşməsi kimi elmi əsası olmayan ehtimalları təkzib edən alim şairin Gəncədə doğulub böyüdüyünü və atasının türk olduğunu elmi-məntiqi dəlillərlə təsdiqləyir.
Xalq şairi Səməd Vurğun tərəfindən böyük sənətkarlıqla Azərbaycan dilinə çevrilən bu əsər Əməkdar rəssam Fəxrəddin Əlinin ustalıqla çəkdiyi rəsm nümunələri ilə oxuculara təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53