
2019-02-18 13:22:00
Kolleclərdə oxumaq istəyən əvvəlki illərin məzunlarının nəzərinə - İmtahan bu tarixdə keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.
DİM-dən AzEdu.az-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun 23-də keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.
Bu bölməyə aid digər xəbərlər
Kimlər kollecdən universitetə imtahansız qəbul oluna biləcəklər? – Vacib bilgi
2019-03-12 10:35:12
Kolleclərdə oxumaq istəyən əvvəlki illərin məzunlarının nəzərinə - İmtahan bu tarixdə keçiriləcək
2019-02-18 13:22:00
IX sinfi əvvəlki illərdə bitirənlər üçün kolleclərə qəbul qaydaları -RƏSMİ
2018-12-29 10:38:00