“CIBS Europe” və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Respubika üzrə 2-ci “Mükəmməl Pedaqoq”- şəxsi inkişaf layihəsini təqdim edilib.
Layihənin məqsədi Azərbaycanın qabaqcıl təhsil ekspertlərini bir araya toplayaraq, müasir dövrdə bu sahələrdə olan problemlərin, çətinliklərin aradan qaldırımlası və yeni müasir yanaşmanın yollarının tətbiqinə istiqamətlənib.
AzEdu.az təhsil portalının infotmasiya dəstəkçisi olduğu təlimdə 800 pedaqoq iştirak edib.
Lahiyədə 7 ekspert çıxış edib. Hər spikerə 30 dəqiqə çıxış və 10 dəqiqə suallara cavablamaq üçün vaxt verilib.
Ekspertlər və onların mövzuları
Gülnarə Tağıyeva - Şəxsiyyətin psixoloji strukturu - DİSC Sistemi;
Fəxriyyə Məmmədova - Şagird və tələbələrdə olan psixi pozğunluqların erkən dəyərləndirilməsi üçün maarifləndirici söhbət
Nərgiz Seyidzadə - Pedaqoq missiya daşıyıcısı;
Elnur Rəhimov - Super yaddaş . Yaddaşı ikiqat artırmanın yolları;
Emilya Səfərəliyeva - Rəhbərliklə münasibətlərin qurulması;
Mail Yaqub - Pedaqoqun etika və əxlaqı;
Şəmil Sadiq - Təhsildə inteqrasiya və interaktivqiymətləndirmə
Böyük auditoriya pedaqoq, psixoloqlar, valideynlər və şəxsi inkişafla maraqlananlardan ibarət olub.
Bakı Musiqi Akademiyasının tədbir zalından baş tutan forumun sonunda 7 ekspertin imzası ilə sertifikat təqdim olunub.