
Bu günədək Azərbaycan Milli Ensiklopediyasının 6 cildi nəşr olunub. 7-ci nəşrin abunə variantı isə Almaniyada yüksək səviyyədə çap edilib.
Bəs millət vəkilləri Milli Ensiklopediyanın 6-cildi ilə tanışdırlarmı? Onu necə qiymətləndirirlər?
Millət vəkilləri AzEDU.az-a açıqlamalarında sonuncu cildlə ümumiyyətlə, tanış olmadıqları deyiblər:
İsa Həbibbəyli: “Mən Milli Ensiklopediyanın 6-cı cildini oxumamışam”.
Asim Mollazadə: “Mən 6-cı cild ilə tanış olmamışam. Bu haqda heç nə deyə bilmərəm. Digər cildlərin də bəzilərini görmüşəm, bəzilərini isə yox. Bu barədə danışmaq istəmirəm”.
Kamilə Əliyeva: “6-cı cildi oxumamışam, tanış deyiləm. Bu haqda heç nə deyə bilmərəm”.
Rafael Hüseynov: “Hələ ki, 6-cı cildi əldə etməmişəm. Yalnız əldə etdikdən sonra fikir bildirə bilərəm. Oxuduğum cildləri də yenidən vərəqləməmiş danışa bilmərəm. Ötəri tanışlıqla fikir demək olmaz”.
Lamiyə Süleymanlı