
2018-04-19 09:52:00
İsveç kralı Nobel mükafatını verən akademiyanın nizamnaməsini dəyişəcək
İsveç kralı XVI Qustav ədəbiyyat sahəsində Nobel mükafatı verən İsveç akademiyasının nizamnaməsinə dəyişiklik etmək niyyətindədir.
“Mən İsveç akademiyasının nizamnaməsinə belə bir əlavə etmək niyyətindəyəm: aydın olmaldır ki, akademiyadan öz istəyinlə çıxa bilərsən. Bundan başqa, onun işində iki ildən artıq iştirak etməyən, hətta rəsmi olaraq istefaya getməyi xahiş etməyibsə də, akademiyanə tərk etmiş hesab olunacaq” - kral sarayının mətbuat xidməti bu barədə məlumat yayıb.
Aprelin əvvəlində İsveç akademiyasını bir neçə qalmaqal sarsıtmışdı. Əvvəlcə mütəxəssislər ədəbiyyat haqqında informasiya sızmasını aşkar ediblər - son bir neçə ildə qaliblər əvvəlcədən məlum olub.
2017-ci ildə 18 qadın qaliblər haqqında məlumatları yayan kişini məlumat qoparmağa çalışdığı ilə ittiham edib. Sonralar onunla əməkdaşlıq dayandırılıb, amma 2018-ci ildə bir sıra şübhələr sübut olmadığına və ya zaman keçdiyinə görə götürülüb.
Daxili yoxlamalara görə əməkdaşlar arsında konflikt yaranıb, üç şəxs akademiyada işi dayandırmaq arzusunda olduğunu bildirib.
xatırladaq ki, İsveç akademiyası 1786-cı ildə III Qustav tərəfindən yaradılıb. Akademiyanın məqsədi İsveç dili və ədəbiyyatını inkişaf etdirməkdir. Onun tərkibinə ömürlük olaraq 18 nəfər seçilirlər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53