
2018-05-03 12:45:25
Sabiq təhsil naziri yenidən xəstəxanaya yatırıldı - FOTO
Türkiyə Təhsil Nazirliyinin əməkdaşı Metin Özer İstanbul Bostancı Bayandur xəstəxanasında müalicə alan Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilovu ziyarət edib.
AzEdu.az xəbər verir ki, bu barədə o şəxsi facebook hesabında məlumat verib və keçmiş nazirlə xəstəxanadan şəkillər paylaşıb.
Onun sözlərinə görə, Firudin Cəlilovun müalicəsi xüsusi diqqətlə davam etdirilir:
“Firudin Cəlilov qısa müddət ərzində telefonlara cavab verə bilməyəcək. Məndən xahiş etdi ki, dostlara salam çatdırım və onlara narahat olmamalarını barədə məlumat verim”.
Qeyd edək ki, keçmiş təhsil naziri səhhətiylə əlaqədar bir müddətdir ki, Türkiyədə müalicə alır. O, 2015-ci ildə Ankarada ürəyindən əməliyyat olunduqdan sonra müalicə almaq üçün mütəmadi olaraq dövlət xətti ilə Türkiyəyə gedir.

Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53