
2019-09-05 11:55:00
Azərbaycanlı gənc “Böyük Çin səddi” təqaüdünü qazandı
YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, proqram üzrə bir nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.
Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.
Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq. Təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.
Bu bölməyə aid digər xəbərlər
Magistraturaya ayrılmış yerlərin 94.64 %-i dolub
2023-07-20 11:29:49
Magistratura imtahanında ən yüksək balı o topladı
2023-06-13 17:01:54
“İmtahanda xarici dil üzrə başqa yeniliklərə də ehtiyac var”-TƏHLİL
2022-10-09 14:13:00
DİM magistraturaya qəbul imtahanı verəcək şəxslərə müraciət edib
2022-05-20 15:42:00
Magistratura oxuyana vətəndaşlıq verən təhsil ölkəsi – Fantastik güzəştlər
2021-08-22 13:23:00
Tanınmış fizik magistr imtahanında gündəm olan sualdan DANIŞDI
2021-03-02 15:36:00
Azərbaycanlı gənc “Böyük Çin səddi” təqaüdünü qazandı
2019-09-05 11:55:00
Abidələrdə yaşayan tariximiz - Keçmişimiz bizimlə
2019-04-23 15:41:00