
Bu gün keçirilən İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda 16 müəllim mükafatlandırılıb. Onlardan 3-ü Nəsib bəy Yusifbəyli adına, digər 13 nəfər isə Çinar Uğur mükafatlarına layiq görülüblər.
AzEdu.az mükafat alan müəllimlərin siyahısını təqdim edir.
Nəsib bəy Yusifbəyli mükafatı:
İsmayıllı rayon İstisu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Şahid Muradlı;
Uşaq yazıçısı Sevinc Nuruqızı;
Nəsimi rayonu 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Solmaz Abdullayeva.
Çinar Uğur mükafatı:
287 nömrəli Zəkalar liseyinin ibtidai sinif müəllimi Aygün Əsgərova;
Bakı şəhər Elitar Gimnaziyanın ibtidai sinif müəllimi Flora Qarayeva;
313 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Ağayeva;
314 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Həsənova;
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevda Şirinova;
Bakı şəhər Tərəqqi Texniki Humanitar liseyin ibtidai sinif müəllimi Türbənd Məmmədova;
248 saylı tam orta məktəbin ibtidai sinif müəllimi İlahə Hüseynova;
322 saylı tam orta məktəbin müəllimi Aynur Nəzərova;
Bakı şəhər Elitar Gimnaziyanın ibtidai sinif müəllimi Oksana Əliyeva;
246 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Firuzə Hafizova;
Sumqayıt şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şahzadə Mirzəyeva;
83 nömrəli tam orta məktəbin müəllimi Həyat Miriyeva;
254 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülçin Qeybəliyeva.