Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 10:30:00
Azərbaycanın Görkəmli Alimləri broşuru təqdim ediləcək

Sentyabrın 28-də Pullman Badamdar otelində "Azərbaycanın Görkəmli Alimləri" (Prominent Azerbaijani Scholars) broşuru təqdim olunacaq.

 AzEdu.az xəbər verir ki, Azərbaycan Elm Assosiasiyasından  verilən məlumata görə, broşur assosiasiyanın təşəbbüsü əsasında, Azərkitab Kitab Təbliğatı Mərkəzinin dəstəyi ilə ingilis dilində çap edilib.

 Təqdimatda dünya elminə və mədəniyyətinə qiymətli töhfələr vermiş bir sıra Azərbaycanlı alim və mədəni xadim barədə söz açılacaq. Alimlərin kəşf və ixtiraları barədə məlumatlar ingilis və Azərbaycan dillərində təqdim ediləcək, interaktiv qaydada sual-cavab sessiyası keçiriləcək.

 Təqdimat 11:30-13:00-da baş tutacaq.

 Giriş sərbəstdir və qeydiyyat tələb edilmir.

 Broşuru əldə etmək istəyənlər üçün qiymətlər belədir:

 - tələbələr 7 manat;

 - qeyri-tələbələr 12 manat.

 Tələbələr endirimdən yararlanmaq üçün tələbə biletlərini təqdim etməlidirlər. (TED.az)