
2019-11-05 17:56:58
Süni intellektlə bağlı elmi məqalələr toplusu nəşr olunacaq
2019-cu ilin sonunda süni intellektlə bağlı yazılan elmi məqalələr toplusu nəşr olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan AzEdu.az-a bildirilib ki, bu haqda institutun illik hesabatında hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə məlumat verib. O bildirib ki, topluda Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan elmi məqalələr də dərc olunacaq.