
2018-05-11 15:30:00
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlandı
“Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq”.
AzEdu.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.
O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.
M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: “Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.
O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.
Bu bölməyə aid digər xəbərlər
Diaqnostik qiymətləndirmədə müsahibə mərhələsi olmayacaq - YENİLİK
2019-12-05 17:01:00
Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda
2018-09-09 17:29:51
Diaqnostik Qiymətləndirməyə aid test nümunələri – Müəllimlərə dəstək
2018-08-27 11:40:00
Müəllimlərin işə qəbul imthanları kimə asandır, kimə çətin… - SORĞU
2018-06-08 13:26:00
“Şagirdlərin belə cavablaya biləcəyi suallar var idi” – Ən yüksək bal toplayan gənc müəllimə
2018-05-30 16:20:12
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlandı
2018-05-11 15:30:00
Nazir müəllimlərin işə qəbulu qaydalarını açıqladı
2018-05-04 14:08:02