
AzEdu.az dünyanın müxtəlif ölkələrində qeyd olunan müəllimlər günü ilə bağlı maraqlı məlumatları təqdim edir:
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə konfransında müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.1994-öcü ildən bu tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib.Həmçinin, bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.
Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında
Albaniyada 8 mart,
İranda 2 may,
Cənubi Koreyada 15 may,
Hindistanda 5 sentyabr,
Çində 10 sentyabr,
Argentinada 11 sentyabr,
Çində 28 sentyabr,
Özbəkistanda 1 oktyabr,
Polşada 14 oktyabr,
Braziliyada 15 oktyabr,
Vyetnamda 20 noyabr,
Türkiyədə isə 24 noyabr tarixlərində
Müəllimlər günü qeyd olunur.