
“Dünən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Prezidentinin Administrasiyasının humanitar - siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq millət vəkili, professor Şahlar Əsgərov deyib. Onun sözlərinə görə, cəmiyyətdə və dövlətin idarə edilməsində humanitar elmlərin rolu böyükdür:
“Cəmiyyətin inkişafında humanitar elmlərin rolu fundamental elmlərin rolundan daha böyükdür. Düzdür, dəqiq elmlərin yaratdığı motor, telefon, TV, kompüter və təbabət elminin uğurları inqilabidir. Hansı ki, humanitar sahədə ixtiralar aydın sezilmir. İdarəetmədə qazanılan uğurlar daha möhtəşəmdir. Sinqapur, Cənubi Koreya dövlətləri dəqiq elmlər vasitəsi ilə yox, humanitar elmlər sahəsində inkişaf ediblər. ABŞ və Böyük Britaniyanın idarə edilməsində aşkar sezilməyən bir sosial ixtiradan istifadə edilir. Belə ki, zaman-zaman (periodik olaraq) gah kütlənin mənafeini müdafiə edən demokratları, gah da fərdlərin mənafeini müdafiə edən kapitalistləri idarə etməyə cəlb edirlər. Yəni, gah müəllimlərin, həkimlərin, sadə insanların mənafeləri müdafiə olunur, gah da iri kapitalistlər, sənayeçilər, iş yeri yaradanlar himayə olunur. Demokrat Barak Obama gedir, yerinə respublikaçı Donald Tramp gəlir. İnkişafın sirri də bu siyasətdədir.
Ekspertin sözlərinə görə, M.Ə Rəsulzadə bu incəliyi 100 il öncə duyub:
“Mədəniyyətin amacı idarəetməni elmə tabe etməkdir” fikri də ona məxsusdur. Təəsüf ki, bu fikir tətbiq edilmədi.
Dünən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyeva Prezidentinin Administrasiyasının humanitar - siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. İnanıram və bu inama da əsasım var ki, Fərəh xanım bu vəzifəni uğurla icra edəcəkdir. Elmin, təhsilin potensialını dövlətimizin çiçəklənməsinə yönəldəcəkdir”.
Nəzrin Rüstəmova