
Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək.Suallar isə həm nəzəri, həm də praktiki tipli hazırlanacaq.
Eyni zamanda Nazirlik psixoloqlara kömək məqsədilə ədəbiyyat siyahısını da müəyyənləşdirib. AzEdu.az həmin ədəbiyyat siyahısını təqdim edir:
1.Ə.Bayramov, Ə. Əlizadə. Psixologiya. “Çinar-Çap”, Bakı- 2009.
2.S.Seyidov, M. Həmzəyev. Ümumi psixologiya. YYSQ, Bakı- 2014.
3.M. Həmzəyev. Pedaqoji psixologiya. “Maarif” nəşriyyatı, Bakı-1991.
4.İ.Məmmədov. Məktəbdə psixloji xidmət. “Təhsil” nəşriyyatı, Bakı-2002.
5.Ə. Qədirov, İ. Məmmədov. Yaş psixologiyası, “Maarif” nəşriyyatı, Bakı-1986.
- İ. Məmmədov. İzahlı lüğət. “Təhsil” nəşriyyatı Bakı -2002.
Qeyd edək ki, praktiki suallar üzrə ədəbiyyat göstərilmir.
Xatırladaq ki, diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq və namizədlər 90 dəqiqə imtahan müddətində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
Ayşə Müseyib