Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 17:38:00
Azərbaycan alimləri təkdivarlı karbon nanoborularının alınmasında yüksək nəticələr əldə ediblər

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən təkdivarlı karbon nanoborularının alınmasında yüksək nəticələr əldə olunub.

AzEdu.az xəbər verir ki,  əldə olunan nailiyyətin gələn ildən etibarən elektronikada tətbiqi nəzərdə tutulub.

"Əgər əvvəllər çoxdivarlı nanoborular əldə edə bilirdiksə, hazırda təkdivarlı karbon nanoborular əldə etməyə başlamışıq, hansılar ki, inteqral proseslərə daha həssasdır. Gələn ildən etibarən sözügedən karbon borularının bir sıra layihələrdə tətbiqi gözlənilir ki, bu işlərə peşəkar bioloqlardan ibarət komanda cəlb olunacaq. Məsələn, təkdivarlı nanoboruların bioloji aktiv birləşmələrinin təyin edilməsi üçün DNT sensorlardan istifadə olunacaq. Bu, səhiyyə sahəsi üçün olduqca vacib bir məsələdir", - deyə Mərkəzdən bildirilib. (APA.az)