
2020-01-22 16:20:00
İnformasiya texnologiyalarına aid təlimdən 20 tələbə uğurla keçib
Azərbaycan Texniki Universitetində (AzTU) elektron təhsil sisteminin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə informasiya texnologiyaları proqramlarına dair təlim başa çatıb.
AzEdu.az xəbər ki, təlimdə universitetin 60 tələbəsi iştirak edib, onlardan 20-si imtahandan müvəffəqiyyətlə keçib.
Təlimi uğurla başa vuran tələbələrə və təlimçilərə sertifikatlar təqdim olunub. (Azərbaycan müəllimi)