
2018-05-27 14:05:00
“Maşın hədiyyə etdilər almadım...”- Başı qalmaqaldan açılmayan tarix müəllimi...
Sosial şəbəkədə məşhurlaşan Lənkəran rayon Gəgiran kənd orta məktəbində tarix müəllimi işləyən Həbib Əlizadəyə qarşı ittihamlar bitmək bilmir. Gənc müəllim özünün “facebook” səhifəsində bildirib ki, ona qarşı iftira atırlar. AzEdu.az Moderator.az-a istinadən H.Əlizadənin yazısını olduğu kimi təqdim edir.
“Mənə qarşı ittihamlar və iftiralar artır
Mənə rəsmi olaraq bildirildi ki, məsələ araşdırılır. Təhsil Şöbəsi isə artıq problemin həll olduğunu dedi. Polis Şöbəsi isə izahat almadan belə şifahi halda məni yola saldı.
Ancaq iki gündür mənə qarşı sosial şəbəkələr, media vasitəsilə ittihamlar səsləndirilir.
Kimdir bu ittihamları səsləndirən? Görün ki, kimlər yazır. Təmiz adamlar nəsə yazsa, adam bu qədər təəssüflənməz.
Axı heç bir şagirddən pul yığılmayıb. Sadəcə ideya olub. Az qala məni cinayətkar çıxaracaqlar?
Deyirlər şou-reklam edir, öz mənfəəti üçün edir. Əgər belə idisə onda nə üçün mənə verilən hədiyyə maşını almadım, mənə təklif olunan vəzifəyə getmədim.
Mən nə etmişəmsə icazə ilə və açıq ictimaiyyətlə paylaşaraq etmişəm. Hər şeyi şəffaf və açıq etmişəm. Bütün təndiqlərə hörmətlə yanaşıram. Amma axı açıq paylaşdığım məsələlərdə belə mənə iftira atmaq doğrumu? Yıxılana balta çalmaq üçün fürsətdir. Mənim itirəcəyim nə var ki? Sıravi bir kənd müəllimi.
Mən nə etmişəmsə icazə ilə və açıq ictimaiyyətlə paylaşaraq etmişəm. Hər şeyi şəffaf və açıq etmişəm”.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53