Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-27 09:00:00
Bu gündən repetitorlar fəaliyyəti davam etdirə biləcəklər-Amma necə?

Bu gündən etibarən şagirdlər repetitor yanına gedə biləcəklər.

AzEdu.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, fəaliyyət bərpa olunan iş və xidmət sahələrində fərdi tədris və repetitor xidmətləri də var.

Repetitorların fəaliyyərinə qrup halında məşğələlər aparmamaqla icazə verilir. Qrup halı dedikdə isə 10 nəfərdən artıq nəzərdə tutulur. 

Bundan başqa, repititorlar “icaze.e-gov.az” portalında qeydiyyata alınmalı, VÖİN açdırmalı və vergi ödəyicisi kimi fəaliyyətə başlamalıdırlar.