Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-28 12:24:00
Müəllim və şagirdlər fərdi hazırlıq üçün bu şəkildə icazə almalıdırlar- Sadə izah 

“Müəllim fərdi qaydada dərs keçirsə (repetitorluqla məşğuldursa) o zaman icaze.org.az saytı vasitəsilə qeydiyyatdan keçməlidir”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi  bildirib. 

 

 O, abituriyentlərə hansı halda evdən çıxmağa icazə verildiyinə aydınlıq gətirib.

 

“Dünən hansısa "təhsil bilicisi" səhv məlumat yayaraq insanlarda çaşqınlıq yaradıb. Fərdi dərslər və repetitor fəaliyyətindən yararlanmaq istəyən şagirdlər 8103 sms xidmətinə müraciət göndərdikləri halda evdən çıxa bilərlər. Əks təqdirdə cərimə olunacaqlar.  

 

Əsasən, bu zaman aşağıdakı müraciət növündən istifadə olunmalıdır:

 

2 rəqəmi - hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Nümunə olaraq smsin göndərilmə qaydası: 2AZE12345678 və ya 2AA1234567”.

 

Repetitorluq fəaliyyəti ilə məşğul olan müəllimlərin də əməl etməli olduğu bir sıra məsələlər var.

 

 “Öz evində dərs keçən müəllimlər üçün  sıxıntı yoxdur. O, İcaze.gov.az saytından icazə almalıdır. Bu zaman isə VÖEN sahibi olmanız şərtdir.

 

Cərimə olunma məsələsi belədir ki, müəllim fərdi qaydada dərs keçirsə (repetitorluqla məşğuldursa) o zaman icaze.org.az saytı vasitəsilə qeydiyyatdan keçməlidir. Qeydiyyat yalnız o şəxslərə şamil olunur ki, onlar evindən kəanrda və başqa ərazilərdə fəaliyyət göstərir. Evindən dərs deyənlərə heç bir cərimə yoxdur. Şagirdlər də yalnız sms vasitəsilə evdən çıxmalıdır. Əks halda verilən qaydadan kənar evdən çıxdığı üçün İXM 211 maddəsi ilə cərimələnir. Nəzərinizə çatdırım ki, burada əsas məqsəd müəllimləri vergiyə cəlb etməkdir”.

 

Qeyd edək ki, aprelin 27-dən etibarən fərdi repetitorluq fəaliyyətinə icazə verilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları