
2018-06-07 13:51:43
Müəllimlərin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var - Nazirlik
"Müəllimlərin sertifikasiyadan keçirilməsi məsələsi qanunvericiliyə daxil edilsə də, prosesin hansı formada keçirilməsi və təşkili qaydaları ilə bağlı müzakirələr hələ başlamayıb".
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, normal halda müəllim 3-5 ildən bir özünü diaqnostik qiymətləndirmədən keçirməli və nələri bacardığını müəyyən etməlidir: "Bizim baxışımız odur ki, diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq. Hazırda müəllimlər 5 ildən bir bu təlimlərdən keçir. Bu təlimlərə cəlb olunan müəllim diaqnostikadan keçiriləcək ki, ona hansı sahə üzrə kömək lazım olduğu müəyyən edilsin".
"Lakin bu gün diaqnostik qiymətləndirmə onu göstərir ki, müəllimlərimizin əsaslı şəkildə ixtisas artırmasına ehtiyac var. İxtisasartırma təlimlərinin sonunda müəllimlərin hansı bacarıqlara yiyələndiyi yoxlanılır. Artıq üç ildir ki, bununla bağlı pərakəndəlik aradan qaldırılıb. Bu müddətdə də müəllimlərə vahid sertifikatlar təqdim olunub", - o əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda müəllim vəfat edib-FOTO
2024-09-07 14:35:33
Bakıda tanınmış müəllim vəfat etdi
2024-09-03 10:10:17
BDU-nun professoru vəfat edib
2024-08-31 12:36:00
Prezidentinin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatıb
2024-08-18 09:13:51
Azərbaycanlı alim vəfat edib
2024-07-16 08:34:50
Azərbaycanlı professor vəfat etdi
2024-05-31 08:54:17
Əməkdar jurnalist Bəbir Hüseynov vəfat edib
2024-05-23 17:26:33
Ekspertlər: Stressə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb
2024-05-04 12:27:22
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
2024-04-20 13:56:00
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
2024-04-20 13:04:53