
Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri elan olunub. AzEdu.az xəbər verir ki, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Fərdi kateqoriya üzrə, Sumqayıt şəhərində həyata keçiriləcək layihələrdən biri “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsidir.
Layihənin rəhbəri Sumqayıt şəhəri İnternat tipli Gimnaziyanın ÇH Rəhbəri eht.b.lt Vasif Ramazanovdur. Layihənin məqsədi Sumqayıt şəhərinin ÇH müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün geniş spektrli pedaqoji mentor dəstəyinin təmin edilməsidir. Layihənin vəzifəsi olaraq aşağıdakılar təyin edilib: Sumqayıt şəhərinin ÇH müəllimlərinə
-ÇH fənni üzrə zəruri sənədlər üzrə metodik vəsaiti hazırlamaq;
-ÇH mentor saytı dəstəyini təmin etmək;
-Qabaqcıl təlim-tədris təcrübələri bölüşmək və yaymaq;
-Yeni təhsil proqramı təlimləri;
- Peşəkar ixtisasartırma təlimləri;
- İKT-nin təlimləri;
-ÇH müəllimlərinin təlim–tədris prosesini müasir tələblərə uyğun qurması ilə təhsilalanların fənnə qarşı marağının yüksəldilməsinə nail olmaq;
-ÇH müəllimlərinin nüfuzunun artmasına nail olmaqdır.
Layihə 20.06.2018 - 20.09.2018 tarixlərində Sumqayıt şəhərində icra olunacaqdır. Layihənin gedişatı barədə məlumatlar layihənin saytında və facebook sosial səhifəsində yer alacaq.