
2020-10-20 17:08:00
Abituriyentlərin kolleclərə qeydiyyatı başlayır
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlər oktyabrın 21-dən 26-dək qeydiyyatdan keçməlidirlər.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçiriləcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak üçün 5934 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1292 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Bu bölməyə aid digər xəbərlər
"Abituriyent" jurnalının xüsusi buraxılışı dərc olunub
2023-10-04 09:52:07
Kolleclərə qəbulun 2-ci turu nə zaman keçiriləcək ? - DİM
2023-09-20 10:49:55
Bu gün 48 mindən çox şagird imtahan verib - YENİLƏNİB
2023-04-16 15:30:00
Buraxılış imtahanlarında edilən dəyişikliyin çox sadə izahı- Ekspertdən faydalı tövsiyələr
2022-10-28 09:15:00
Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti UZADILDI
2020-10-26 14:49:00
Abituriyentlərin kolleclərə qeydiyyatı başlayır
2020-10-20 17:08:00
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə qeydiyyat aparılır
2020-10-07 14:23:00
Kolleclərdə təhsil alanlar daha çox texniki ixtisaslara üstünlük veriblər
2020-10-07 12:22:00
9 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
2020-09-29 12:32:00