Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 16:47:00
Akif Əlizadə professorlar üçün aylıq təqaüdün təsis olunmasını təklif edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə akademiyanın professorlarına stimul yaratmaq məqsədi ilə onlar üçün aylıq təqaüdün təsis edilməsini təklif edib.

AzEdu.az-ın məlumatına görə, A.Əlizadə bu təkliflə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edib.

AMEA prezidenti bunu da əlavə edib ki, son vaxtlar Rəyasət Heyətində keçirilən yubiley tədbirlərinin sayı çoxalıb:

"Ona görə də yaxşı olar ki, bundan sonra yubileylər akademiyanın bölmələrində keçirilsin. Rəyasət Heyətində yalnız dövlət sərəncamı ilə yubileyi keçirilən şəxslərin yubileyi qeyd edilsin".