
2018-06-30 12:04:00
Bakalavrların nəzərinə! – Magistratura səviyyəsi üzrə ali məktəblərə qeydiyyat davam edir
Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2018-ci il iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
AzEdu.az xəbər verir ki, bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olduqları təhsil müəssisəsindən əldə edə bilərlər.
Qeyd olunan müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər və onlar, boş qalan yerlərin müsabiqəsində də iştirak edə bilməyəcəklər.
Bu bölməyə aid digər xəbərlər
Bakalavr və magistlərin biliyinin qiymətləndirilməsi qaydaları dəyişdirildi
2020-05-19 17:32:00
Magistraturaya imtahanlarında xarici dil seçimi necə edilir?-Rəsmi cavab
2019-02-10 15:16:00
Bakalavrların nəzərinə! – Magistratura səviyyəsi üzrə ali məktəblərə qeydiyyat davam edir
2018-06-30 12:04:00
Tələbə magistratura imtahanında əsasən hansı fənlə bağlı çətinliklə qarşılaşır? – SƏBƏB
2018-05-16 15:24:17