Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 16:00:00
Rektordan  mühüm addım - GİRİŞ SƏRBƏSTDİR

İyulun 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” kitabının təqdimat-təhlil mərasimi keçiriləcək.

AzEdu.az xəbər verir ki, tədbir ADU-nun əsas binasının akt zalında, saat 11:00-da başlayacaq.

Giriş sərbəstdir, maraqlananlar iştirak edə bilər.

Qeyd edək ki, kitabın ideya müəllifi Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulladır.

Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub.

Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir.