Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 11:33:00
Dünya şöhrətli alim Kembric Universitetində yeni nəzəriyyəsini təqdim etdi
Dünya elmində öz yeri olan, kitabları planetimizin bütün qitələrindəki universitetlərində dərslik kimi istifadə olunan, böyük elm dünyasına bir neçə nəzəriyyə bəxş etmiş professor Rafiq Əliyevin bu uğuru Azərbaycan elminə də şöhrət qazandıran bir hadisədir. 
 
Qeyd edə ki, XVII əsrin ortalarında yaranan, dünyanın nəhəng elm adamlarının, o cümlədən İsaak Nyutonun oxuduğu və işlədiyi, 98 Nobel mükafatçısı yetişdirən - onu da qeyd edək ki, çox vaxt bir ildə iki müxtəlif sahələr üzrə Nobel mükafatı alan - bu gün dünya universitetlərinin sıralanmasında birinci yerdə duran bu universitetin alimləri qarşısında öz yeni nəzəriyyəsi ilə çıxış etmək hər alimə qismət olmur. 
 
 
AZEdu.az xəbər verir ki, moderator.az sayıtı bu böyük elmi hadisənin sevincini və təəsüratlarını bölüşmək üçün Böyük Britaniyadan, Kembricdən yenicə qayıtmış professor Rafiq Əliyevlə söhbətləşib, ona bir neçə sualla müraciət edib:
 
-Rafiq müəllim, məruzəniz necə keçdi, bu yeni nəzəriyyəniz elmin hansı sahəsinə həsr olunmuşdu?
 
-Məruzəm Kembric Universitetinin Gordon Cameron zalında keçirildi. Düşünürəm ki, pis qarşılanmadı, maraq doğurdu. Məsələ bundadır ki, təklif etdiyimiz bu yeni nəzəriyyə bugünki elmin, o cümlədən iqtisadiyyat, təbabət, informatika, mühəndislik və digər elmlərin inkişafının vacib bir məsələsinə - böyük informasiya rezervuarında (“Big Data”) bilik çıxarmaq probleminin həllinə həsr olunmuşdur. Obrazlı desək informasiya okeanında boğuluruq, amma bir damcı bilik tapa bilmirik. Bu məsələ bütöv elmin qarşısında duran öncül bir məsələdir.
 
Bu sahədə bir çox atdımlar atılıb, metodlar, vasitələr təqdim olunub. Lakin bu günə kimi həmin o informasiya okeanından çıxarılan biliklərin dürüstlüyü, etibarlılığı tədqiq oluna bilinməyib. Səbəb isə bütün mövcüd üsüllarda okeandakı informasiyanın ozünün etibarlığı, müxtəlif tərkibli qeyri-müəyyənlikləri nəzərə alınmamışdı. Bizim təklif etdiyimiz nəzəriyyə isə ehtimal və qeyri-səlis məntiq nəzəriyyələrinə söykənərək çıxarılan biliklərin nə ədrəcədə etibarlı olduğunu təyin etməyə imkan verir. Bütün mövcüd üsullarda bu biliklərin etibarlılıq dərəcəsi, ehtimalı 100% götürülürdü. Mən həmişə demişəm ki, 100% -i ancaq Tanrı bilir. 
 
-Rafiq müəllim, bu nəzəriyyəniz öncəki işlərinizin davamıdır, yoxsa başqa bir mövzudur? 
 
-Bundan öncə, mənim müəllimim və böyük dostum professor Lütfi Zadə ilə birlikdə yaratdığımız və “World Scientific” nəşriyatında iki il əvvəl cap etdirdiyimiz “Z-ədədlər hesabı: nəzəriyyə və praktika” olmasa idi bu gün “Z-ədədlı klasterizasiya”dan danışa bilməzdik. Bu nəzəriyyə bilik çıxarmada yeni bir sözdür.
 
 
-Bilik çıxarma dediniz, neftçıxartma, filizçıxartma yadıma düşdü. Oxşarlıq varmı? 
 
-Biz sizinlə ölkələrin iqtisadi modelləri barədə əvvələr danışmışdıq. 3-çü tip modellərlə işləyən ölkələr neft, qızıl, filiz cıxarır. Birinci modellə - bilik iqtisadiyyatı ilə işləyən ölkələrdə, əsasən, bilik çıxarılır. Oxşarlıq bundadır. Danışdığımız nəzəriyyə bilik iqtisadiyyatı ücün çox yararlıdır.
 
-Rafiq müəllim, Kembric kimi bir universitetdən məruzə üçün dəvət alanda nə hisslər keçirdiniz, axı bu asan məsələ deyil?
 
-Sevinc və qürür hissi keçirdim, millətim üçün, ölkəm üçün, Alma-mater  Neft və Sənaye Universiteti üçün qürür hissi… Sevincim isə onunla əlaqədar idi ki, dünya çapında oppanentlər qazanacağdım Kembric Universiteti kimi bir elm məbədində. Mən tənqiddən heç vaxt çəkinməmişəm, sağlam tənqiddən… Sifarişlı xor çamurunu xoşlamıram, lakin onun fövqündə dururam. Axı o xor oxuyanlara Tanrı nəyisə verməyib, amma umurlar. 
 
Mən ola bilər belə adət etmişəm. Amma Sizin sualınızla əlaqədar bir ştrixi qeyd etmək istərdim.  Bu təklifi alarkən Almaniyalı dostum, Azərbaycan təhsili və elmi üşün boyük xidmətləri olmuş  U.Eberhard ilə mənim iş otağımda idim. O, bu xəbəri eşidəndə 3 dəfə qolunu mənə gostərdi ki, bax tüklərim biz-biz durur. Alman həmkarım şox sevinirdi.
 
-Bildiyimiz kimi bundan öncə də Siz dünyanın müxtəlif seçilmiş universitetlərində məruzələrlə çıxış etmisiniz…
 
-O çıxışlar, məruzələr mənim elmi fəaliyyətimə çox böyük töhfələr verib. Tənqid də görmüşəm, dəstək də... ABŞ-ın Berkli Universitetində, Sietildəki Vaşinqton Universitetində, Texas Universitetində, Kanadanın Toronto, Alberto Universitetlərində, Almaniyada, Fransada, İtaliyada. İspaniyada, Portuqaliyadakı universitetlərdə və onlarla başqa ölkə universitetlərində məruzələrim olub. Kembricdəki məruzə də   növbəti idi və deyim ki, bu çox qürurverici idi.
 
 
-Rafiq müəllim, mövzumuza aid olmasa da bir məsələ haqqında məlumat verməyiniz yaxşı olardı. L.Zadə ilə yazdığımız son kitab barədə danışaq...
 
-2017-ci ilin əvvəlində professor L.Zadə mənə məktub yazdı ki, qeyri-səlis məntiq barədə bir kitab nəşr edək, tarix üçün qalsın. Kitabın strukturunu və əsas prinsiplərini o diktə etmişdi. Mən “World Scientific” nəşriyyatı ilə bu məsələni razılaşdırdım və kontrakt bağladıq. Kitab artıq internetdə satışa qoyulub. Kitab 2 hissədən ibarətdir. Adı belədir: “Fuzzy logic Theory and applications: Part I , Part II”. I hissə nəzəriyyədir, onu L.Zadə və mən yazmışam. II hissə qeyri-səlis məntiqin müxtəlif sahələrindək ekspertlər, yeni seçilmiş dünya alimləri tərəfindən yazılmışdır. II hissədə də 4 fəsil L.Zadə və mənim tərəfimdən yazılıb. I hissədə biz L.Zadə ilə müəllif, II hissədə redaktor və müəllifik.
Bu kitab qeyri-səlis məntiqi, demək olar ki, tam əhatə edir. İstərdim ki, dünya universitetlərinin kitabxanaları kimi, bizim universitetlərin kitabxanaları da, tələbələr, müəllimlər və tədqiqatçılar üçün bu kitabı ala bilsinlər. Axı qeyri-səlis məntiq gəlcək inkişafın mühərrikidir.