Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-07 10:30:24
Görkəmli alimin 90 illik yubileyi qeyd ediləcək  

Prezident İlham Əliyev iyulun 6-da Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Mirzəcanzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, Sərəncama əsasən, AMEA Təhsil Nazirliyi ilə birgə akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.