Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 13:53:00
Hörümçək adamın yaradıcısı vəfat etdi

Amerikalı rəssam və yazıçı, “Marvel Comics” şirkəti üçün personajlar, o cümlədən Hörümçək adam və Doktor Strenci yaratmış Stiv Ditko 90 yaşında vəfat edib. Bu barədə “The Hollywood Reporter” jurnalı polisə istinadla məlumat yayıb.

AzEdu.az   xəbər verir ki, rəssamın cəsədi Nyu-Yorkda evində tapılıb. O, daha iki gün əvvəl vəfat etdiyindən, ölümün səbəbi açıqlanmır. Rəssam heç vaxt evli olmayıb.

Stiv Ditko Hörümçək adamı məşhur komikslər müəllifi Sten Li ilə birlikdə 1961-ci ildə yaradıb. O, həmçinin doktor Osminoq, Qum adam, Kələz və Yaşıl Qoblinin yaradılmasına kömək edib. Stiv Ditko Doktor Strenci 1963-cü ildə yaradıb. “Marvel Comics” şirkətini tərk edən rəssam 1979-cu ildə oraya qayıdıb. Son işlərindən biri 1992-ci ildə yaratdığı “Squirrel Girl” olub.